Bu ölkədə sərnişin təyyarəsi qəzaya uğradı -
London yaxınlığında Soutend hava limanından havaya qalxdıqdan dərhal sonra kiçik biznes təyyarəsi qəzaya uğrayıb.Metbuat.az xəbər verir ki, qəzaya “Beechcraft King Air B200” markalı iki mühərrikli təyyarə uğrayıb.
Hava gəmisi Niderlanda uçmalıymış. Hazırda təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur.
Qeyd olunur ki, bu tip təyyarələr 1–2 pilot tərəfindən idarə olunur və 13 sərnişin daşımaq qabiliyyətinə malikdir.