AZ

London yaxınlığında təyyarə qəzası baş verib

Böyük Britaniyanın Esseks qraflığındakı Sauzend hava limanında kiçik təyyarə qəzaya uğrayıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, hadisədən sonra yayılan görüntülərdə güclü yanğın və qalın qara tüstü müşahidə olunub. Esseks polisi hadisə ilə bağlı qeyd edib ki, 12 metrlik “Beech B200 Super King Air” tipli təyyarə yerli saatla 15:48-də havaya qalxıb və Niderlandın Lelistad şəhərinə istiqamətlənib.

Hadisə şahidlərinin sözlərinə görə, təyyarə havaya qalxdıqdan bir neçə saniyə sonra sola doğru kəskin dönüş edib və qəfil idarəetməni itirib. Nəticədə təyyarə yerə çırpılıb və güclü partlayışla müşahidə olunan yanğın baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
19
15
yeniazerbaycan.com

10Mənbələr