Dünən İngiltərənin cənub-şərqindəki Esseks şəhərindəki London Sautend hava limanından havaya qalxan kiçik təyyarə havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Hələlik itkilər barədə məlumat verilmir.
Editor.az yerli mətbuatın məlumatına istinadla xəbər verir ki, Beech B200 Super King Air havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və bazar günü, iyulun 13-də güclü partlayışla alovlanıb.
Hadisədən sonra hava limanının ətrafında sıx tüstü buludu qalxıb. Qəzanın qarşısını almaq üçün hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib. Hələlik itkilər barədə məlumat verilmir.
Qeyd edək ki, təyyarə Hollandiyanın Lelystad şəhərinə uçurdu.
//Gülnarə Abasova, Editor.az