AZ

ARDNF qızıl külçələrə investisiyaları 83 % artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrə 21 milyard 2,767 milyon manat təşkil edib.

Bakues.az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 83 % çoxdur.

İl ərzində qızıl külçələrin qurumun aktivlərindəki payı isə 12 %-dən 20,5 %-ə yüksəlib.

“2024-cü ilin oktyabr ayında Fond öz investisiya portfelinə geosiyasi risklərin və dəyişən bazar tendensiyalarının mənfi təsirlərini azaltmaq, həmçinin portfelin diversifikasiyasını artırmaq məqsədilə qızıla investisiyanı davam etdirmək qərarı verib. 2025-ci maliyyə ilinin əvvəlindən hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının təsdiqləndiyi tarixə qədər 989 min troy unsiyası qızıl alınıb”, – deyə hesabatda qeyd olunub.

Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.

Seçilən
6
36
icma.az

10Mənbələr