Bakı. Trend:
2024-cü ildə ixtira, faydalı model və sənaye nümunəsininpatentləşdirilməsinə dair Əqli Mülkiyyət Agentliyinə 310 iddiasənədi (2023-cü ildə 302 iddia sənədi) daxil olub.
Trend-inməlumatına görə, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyində2025-ci ilin 6 ayında görülmüş işlərin yekunları üzrə qısa icmaldaöz əksini tapıb.
O cümlədən ixtiraya aid 204 (2023-cü ildə 201), faydalı modeləaid 69 (2023-cü ildə 67), sənaye nümunəsinə aid 37 (2023-cü ildə34) və Avrasiya patentinin alınması üçün 39 (2023-cü ildə 35) iddiasənədi daxil olub. Patentlərin alınması ilə bağlı daxil olmuş iddiasənədlərinin sayı (ixtira fəallığı) 2023-cü illə müqayisədə 2024-cüildə 4%-ə yaxın artıb.
Məlumata görə, Azərbaycan patent sifarişləri üzrə, yəni ixtirafəallığına görə Cənubi Qafqazda liderdir.
Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 39 (2023-cü ildə 35)və PCT beynəlxalq sistemi vasitəsilə patent alınması məqsədiləBeynəlxalq Büroya göndərilməsi üçün ixtiraya aid 7 (2023-cü ildə 6)iddia sənədi daxil olub (ümumilikdə 2023-cü illə müqayisədə 12%çox).
2024-cü ildə Dövlət reyestrində 185 patent (2023-cü ildə 151patent), o cümlədən ixtiralara dair 128 (2023-cü ildə 103), faydalımodelə aid 43 (2023-cü ildə 36) və sənaye nümunələrinə aid 14(2023-cü ildə 12) patent qeydiyyata alınıb.
Patent fəallığı 2023-cü illə müqayisədə 22% artıb.