AZ

ARDNF yaranandan bəri 200 milyard dollardan çox gəlir əldə edib

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bəribüdcə gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Fonddan məlumat əldə edib.

Məlumata görə, gəlirlərin 194,2 milyard ABŞ dolları neft-qazsazişlərindən gəlirlər, 14,9 milyard ABŞ dolları isə investisiyagəlirləri olub.

Həmçinin, bu dövrdə ARDNF-nin dövlət büdcəsinə transfertləri132,6 milyard ABŞ dolları təşkil edib. Layihələrinmaliyyələşdirilməsinə 11,9 milyard ABŞ dolları, əməliyyatxərclərinə isə 0,5 milyard ABŞ dolları sərf olunub.

Qeyd edək ki, Ümummilli Iider Heydər Əliyevin 29 dekabr 1999-cuil tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası DövlətNeft Fondu təsis edilib. ARDNF-nin əsas məqsədi AzərbaycanRespublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərininmənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsisahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və ARDNF-ninöz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasınıvə səmərəli idarə olunmasını təmin etməkdir.

Seçilən
5
50
az.trend.az

10Mənbələr