AZ

Quba yolunda qəza: Yanacaq maşını qəzaya düşdü, yaralılar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, VAZ 2101 markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Seçilən
104
8
axar.az

10Mənbələr