AZ

Bakı-Quba yolunda qəza: avtomobil yanacaqdaşıyan yük maşını ilə toqquşdu

  Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans xəbər verir ki, hadisə zamanı “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır.  


Seçilən
38
8
referans.az

10Mənbələr