AZ

Bakı-Quba yolunda yanacaqdaşıyan maşınla minik avtomobili toqquşdu, xəsarət alanlar var - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media report-a istinadən xəbər verir ki, “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.


Bizim.Media

Seçilən
96
8
bizim.media

10Mənbələr