Qəzanın başvermə səbəbləri araşdırılır.
Ajans.az xəbər verir ki, hadisə zamanı “VAZ 2101” markalı minik avtomobili yanacaqdaşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.