Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 2 min 500 manat oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56 yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb. Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2 min 660 manat, qızıl-zinət əşyaları və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar aparılır.