AZ

Bakıda oğurluqda təqsirləndirilənlər həbs edildi


Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 2500 manat oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56 yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2660 manat, qızıl-zinət əşyaları və bank kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
37
6
baki-xeber.com

10Mənbələr