AZ

Bakıda oğrular yaxalandı

Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 2 min 500 manat oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56 yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2 min 660 manat, qızıl-zinət əşyaları və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Seçilən
37
2
hafta.az

10Mənbələr