AZ

Bakıda əməliyyat: Saxlanılanlar var

Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 2500 manat oğurlanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56 yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb.

 

Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2660 manat, qızıl-zinət əşyaları və bank kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Seçilən
36
6
sfera.az

10Mənbələr