AZ

Güləş millimizin U-17-də uğuru

Azərbaycanın güləş millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatını 1 qızıl, 3 bürünc medalla başa vurub.

Son yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə aparıblar. Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb.

Səid Paşayev (92 kq) bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə qərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geri qalıb.

M.HACIXANLI
XQ

Seçilən
29
5
xalqqazeti.az

10Mənbələr