AZ

Güləş millimizin U 17 də uğuru

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın güləş millisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatını 1 qızıl, 3 bürünc medalla başa vurub.

Son yarış günündə 4 çəkidə güləşçilərimiz medallar uğrunda mübarizə aparıblar. Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb.

Səid Paşayev (92 kq) bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə qərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geri qalıb.

M.HACIXANLIXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
5
xalqqazeti.az

10Mənbələr