UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan) qarşılaşmasının biletləri artıq satışdadır.
Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın avrokubokda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-pfc-levski-sofia/168672), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – “Levski” matçı avqustun 14-ü, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.