“Sabah” - "Levski" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxıb.
Offsideplus.az xəbər verir ki, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-pfc-levski-sofia/168672), həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – "Levski" matçı avqustun 14-ü, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.