AZ

“Sabah” - "Levski" oyununun biletləri satışda

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” – "Levski" (Bolqarıstan) qarşılaşmasının biletləri artıq satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərlər.

Xatırladaq ki, “Sabah” – "Levski" matçı avqustun 14-ü, saat 20.00-da “Bank Respublika Arena”da baş tutacaq.

Seçilən
40
9
football-plus.az

10Mənbələr