AZ

“Sabah” – “Levski” oyununun biletləri satışda

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan) qarşılaşmasının biletləri artıq satışdadır.

İdmanxeber.az-ın məlumatına görə, komandanın  avrokubokda ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-pfc-levski-sofia/168672), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – “Levski” matçı avqustun 14-ü, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Seçilən
43
9
idmanxeber.az

10Mənbələr