AZ

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

Avqustun 15-də Azərbaycan Premyer Liqasının 2025-26 mövsümü start götürəcək.

Msport.az xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir.

Ötən mövsümdə 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb. Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib. İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.

Ötən mövsüm Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.

1. Rahid Əmirquliyev – 451 oyun
2. Mahmud Qurbanov – 421
3. Rəşad Sadiqov – 392
4-5. Asif Məmmədov – 388
Azər Məmmədov – 388
6. Aslan Kərimov – 382
7. Rəşad Abdullayev – 378
8-9. Elvin Məmmədov – 376
Maksim Medvedev – 376
10. Vurğun Hüseynov – 368
11. Aqil Məmmədov – 363
12-13. İsmayıl Məmmədov – 351
Qara Qarayev – 351
14. Rəşad Sadıqov – 343
15. İlkin Qırtımov – 339
16. Elnur Abdullayev – 334
17. Vüqar Nadirov – 332
18. Urfan Abbasov – 329
19. Rail Məlikov – 328
20. Kənan Kərimov – 327
21. Tural Axundov – 324
22. Slavik Alxasov – 319
23. Nadir Nəbiyev – 316
24. Rauf Əliyev – 315
25. Mübariz Orucov – 311
26. Müşfiq Hüseynov – 305
27. Ədəhim Niftəliyev – 303
28-30. Arif Daşdəmirov – 302
Kamal Quliyev – 302
Rəhman Hacıyev – 302
31. Mehman Yunusov – 298
32. Viktor İqbekoyi – 294
33. Aleksandr Çertoqanov – 293

Seçilən
27
13
msport.az

10Mənbələr