Avqustun 15-də Azərbaycan Premyer Liqasının 2025/26 mövsümü start götürəcək.
Publika.az xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Ötən mövsümdə 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.
Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.
İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.