AZ

Premyer Liqa: 33 mövsümün “33-lüy”ü

Avqustun 15-də futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünə start veriləcək.

Arena.az xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir.

Ötən mövsümdə 2-ci Liqada çıxış etmiş “Şahdağ Qusar”ın formasını geyinmiş yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.

İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.

Ötən mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksəlmiş Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.

33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu

  1. Rahid Əmirquliyev – 451
  2. Mahmud Qurbanov – 421
  3. Rəşad Sadiqov – 392
  4. Asif Məmmədov – 388
  5. Azər Məmmədov – 388
  6. Aslan Kərimov – 382
  7. Rəşad Abdullayev – 378
  8. Elvin Məmmədov – 376
  9. Maksim Medvedev – 376
  10. Vurğun Hüseynov – 368
  11. Aqil Məmmədov – 363
  12. İsmayıl Məmmədov – 351
  13. Qara Qarayev – 351
  14. Rəşad Sadıqov – 343
  15. İlkin Qırtımov – 339
  16. Elnur Abdullayev – 334
  17. Vüqar Nadirov – 332
  18. Ürfan Abbasov – 329
  19. Rail Məlikov – 328
  20. Kənan Kərimov – 327
  21. Tural Axundov – 324
  22. Slavik Alxasov – 319
  23. Nadir Nəbiyev – 316
  24. Rauf Əliyev – 315
  25. Mübariz Orucov – 311
  26. Müşfiq Hüseynov – 305
  27. Ədəhim Niftəliyev – 303
  28. Arif Daşdəmirov – 302
  29. Kamal Quliyev – 302
  30. Rəhman Hacıyev – 302
  31. Mehman Yunusov – 298
  32. Viktor İqbekoyi – 294
  33. Aleksandr Çertoqanov – 293
Seçilən
15
5
arena.az

10Mənbələr