AZ

Həmkəndlilərini döyən sərxoş kişiyə həbs cəzası verildi

Xaçmaz Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Zaur Fərəcovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xıdır Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 31 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Yataq-oba kəndində qeydə alınıb.


Belə ki, Zaur Fərəcov sərxoş vəziyyətdə həmkəndlisi, zərərçəkmiş Mahir Məmmədzadənin (adı, soyadı şərtidir) işlətdiyi mağazanın qarşısına gedib, digər həmkəndlisi, zərərçəkmiş Səfər Səfərovla (adı, soyadı şərtidir) görüşüb. O, Səfərin azyaşlı oğlunun onun üçün siqaret almağa getməməsini bəhanə edib, yumruqla onun sifət nahiyəsinə qəsdən vuraraq xəsarət yetirib. Sonra səs-küyə Mahir Məmmədzadə mağazadan bayıra çıxıb, Səfəri obyektin içərisinə aparıb. Zaur mağazanın giriş qapısı üzərində olan şüşəyə yumruq zərbəsi endirərək sındırıb, Mahirə 280 manat məbləğində maddi ziyanı vurub. Habelə Zaur onları ayırmağa gələn zərərçəkmiş Məlik Əsədovun (adı, soyadı şərtidir) arxasınca gedib mağazadan 100 metr aralı məsafədə yerləşən bulağın yaxınlığında xuliqanlıq niyyəti ilə onun alın nahiyəsinə butulka ilə qəsdən vuraraq yerə yıxıb. Sonra o, yerdə uzanan Məlikin sifət nahiyəsinə yumruqla qəsdən bir neçə dəfə zərbə endirərək burunu sındırıb.


Hadisədən sonra Zaur Fərəcov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 

Kamal Məmmədov 

Tarix: 13 Avqust 2025, 08:51   
Seçilən
101
21
pravda.az

10Mənbələr