Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.
Nurlan Ağazadə (70 kq) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.
Yusif Dursunov (125 kq) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbəylə dünya üçüncüsü olub.
Güləş üzrə Avropa çempionu: "Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam"
Hakimlərimizin kateqoriyası yüksəlib
Dünya çempionatı üçün millimizin heyəti açıqlanıb
Qadın güləşçilərimiz Bolqarıstanda hazırlıq keçir
Sərbəst güləşçilərimiz Türkiyədə hazırlıq keçəcəklər