Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatında ikinci gün arxada qalıb.
"Football-plus.az" xəbər verir ki, sərbəst güləşdə ilk medalçılar bəlli olub.
Yığmamızın iki üzvü bürünc uğrunda mübarizə aparıb.
70 kq
Nurlan Ağazadə bürünc mükafat uğrunda Qoqa Otanişvili ilə yarışıb. 4:0 hesabı ilə qalib gələn güləşçimiz yığmamız ilk medalı qazandırıb.
125 kq
Yusif Dursunov 3-cü yer uğrunda görüşdə Levan Laqvilava (Fransa) üz-üzə gəlib. 3:1 hesabı ilə qalib gələn Yusif çempionatın bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, sabah sərbəst güləşdə son medalçılar bəlli olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta