AZ

Dünya çempionatında daha 2 bürünc medal şansı

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 57, 65, 79 və 92 kq-da finalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kq) braziliyalı Kayo Arona 6:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Sumit Maliklə bacarmayıb – 2:9. Rəqib finala yüksəldiyi üçün Vasif sabah təsəlliverici görüşə çıxacaq.

Ağa Qasımov (65 kq) təsnifat mərhələsində rusiyalı Amal Candubayevə uduzub – 0:10.

Muradxan Omarov (79 kq) debütdə ispaniyalı David Gilə 9:2, ruminiyalı David Tartana isə tam üstünlüklə (10:0) qalib gəlib. Güləşçimiz 1/4 finalda rusiyalı Səid Saidulova məğlub olub – 0:10.

Anar Cəfərli (92 kq) ilk mərhələdə türkmənistanlı Orazmuhammet Hocaliyevi minimal fərqlə (3:2) üstələyib. Həmyerlimiz daha sonra həm belaruslu Aleksey Kulakova, həm də hindistanlı Saçin Saçinə 10:0 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Anar yarımfinalda qazaxıstanlı Kamil Kuruqliyevə 6:9 hesabıyla məğlub olduğu üçün sabah bürünc medal uğrunda güləşəcək.

Ayxan Cavadov: “Sona kimi mübarizə aparmaq lazımdır”

Güləş üzrə Avropa çempionu: "Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam"

Hakimlərimizin kateqoriyası yüksəlib

Dünya çempionatı üçün millimizin heyəti açıqlanıb

Qadın güləşçilərimiz Bolqarıstanda hazırlıq keçir

Seçilən
9
50
apasport.az

10Mənbələr