Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, sərbəst güləşdə Azərbaycan millisinin iki üzvü bürünc uğrunda mübarizə aparıb.
70 kq çəkidə Nurlan Ağazadə Qoqa Otanişvili ilə yarışıb. 4:0 hesabı ilə qalib gələn güləşçimiz yığmamıza ilk medalı qazandırıb.
125 kq çəkidə yarışan Yusif Dursunov 3-cü yer uğrunda görüşdə Levan Laqvilava (Fransa) üz-üzə gəlib. 3:1 hesabı ilə qalib gələn Yusif bürünc medala sahib çıxıb.