AZ

Bakıda quldurluq edən keçmiş məhkum ələ keçdi

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

 

Qeyd edilib ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
39
9
day.az

10Mənbələr