AZ

Paytaxtda quldurluq edən şəxs saxlanılıb

Bakı, 19 avqust, AZƏRTAC

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xismətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
40
9
azertag.az

10Mənbələr