Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.
Bu barədə Referans-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta