AZ

Nəsimidə quldurluq hadisəsi sabiq məhkum saxlanıldı

ain.az bildirir, Avtosfer portalına istinadən.

Sabiq məhkum şübhəli şəxs qismində saxlanılıb.

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
9
avtosfer.az

10Mənbələr