AZ

Tramp: “Netanyahu və mən müharibə qəhrəmanıyıq” – VİDEO

“ABŞ-ın iyun ayında İrana məxsus nüvə obyektlərinə endirdiyi hava zərbələri olmasaydı, Tehran cəmi dörd həftə ərzində atom silahı hazırlaya bilərdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Mark Levinə müsahibəsində bildirib.

O qeyd edib ki, İran nüvə silahına sahib olsaydı, ondan mütləq istifadə edəcəkdi.
 

“Düşünürəm ki, onlar dörd həftə ərzində nüvə silahı əldə edib, ondan istifadə edərdilər”, — deyə Tramp vurğulayıb.


ABŞ prezidenti həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu da “müharibə qəhrəmanı” adlandırıb və özünü də bu siyahıya daxil edib.

“Netanyahu müharibə qəhrəmanıdır, çünki biz birlikdə çalışırıq. O qəhrəmandır.

Mən də, hesab edirəm, qəhrəmanam. Heç kimin vecinə deyil, amma mən də qəhrəmanam. Axı həmin təyyarələri İranın nüvə obyektlərini bombalamaq üçün göndərən mən oldum”, — deyə Tramp əlavə edib.


Bizim.Media

Seçilən
76
30
bizim.media

10Mənbələr