AZ

Lavrov: “Putin Zelenski ilə yalnız bu halda görüşə bilər” - VİDEO

“Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş planlaşdırılmır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “NBC News” telekanalına müsahibəsində deyib.

“Görüş nəzərdə tutulmayıb. Prezident Putin sammit üçün gündəlik hazırlanacağı halda Zelenski ilə görüşməyə hazırdır. Hazırda belə bir gündəlik mövcud deyil”, – Lavrov bildirib.
 

Qeyd edək ki, Sergey Lavrov iki gün əvvəl Moskvada keçirdiyi mətbuat konfransında Putin ilə Zelenski arasında mümkün görüş barədə konkretlik olmadığını açıqlamışdı.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ukrayna və Avropa liderləri ilə görüşdən sonra Putin-Zelenski görüşünün baş tutacağını elan etmişdi:

“Mən prezident Putinlə prezident Zelenski arasında yeri hələ müəyyən edilməyən görüşün hazırlığına başlamışam. Bu görüşdən sonra biz üçtərəfli görüş keçirəcəyik, bu görüşdə iki dövlət başçısı və mən də iştirak edəcəyik”, - deyə ABŞ lideri bildirmişdi.

Almaniya Kansleri Fridrix Merts isə bildirmişdi ki, Putin ABŞ Prezidenti Trampla telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə yaxın iki həftə ərzində görüşməyə razılaşıb.


Bizim.Media

Seçilən
19
30
bizim.media

10Mənbələr