AZ

Avropa İttifaqından məğlubiyyət ETİRAFI – “Putin istədiyini aldı”

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Ukraynanın Rusiyaya ərazi güzəştlərinin “Moskvanın qurduğu tələ” olduğunu bildirib. 

Bizim.Media xəbər verir ki, o, bunu BBC-yə müsahibəsində deyib.

Kallasın sözlərinə görə, bütün müzakirələr Ukraynanın hansı güzəştlərə hazır olacağı üzərində qurulub, lakin Rusiya heç bir addım atmayıb:

“Əgər bu tələyə düşsək, Ukraynaya təzyiq göstərsək, vəziyyət yenidən təkrarlanacaq. Çünki təcavüz mükafatlandırılmış olacaq”, — deyə o qeyd edib.

Diplomat həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Alyaskada keçirilən sammitdən istədiyini əldə edib: ona ehtiram göstərilib və ABŞ yeni sanksiyalar tətbiq etməyib.
 

Kallas təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara da toxunaraq bildirib ki, bu mərhələdə hələlik aydın addımlar görünmür.


“Ən etibarlı təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur”, — deyə Avropa İttifaqının ali diplomatı əlavə edib.

Bizim.Media

Seçilən
43
30
bizim.media

10Mənbələr