Rusiya Prezidenti Vladimir Putin Alyaskada Trampla görüşü çox yaxşı və məhsuldar adlandırıb.
Bizim.Media xəbər verir ki, Rusiya lideri bunu atom sənayesi müəssisələrinin əməkdaşları ilə Sarov şəhərində görüşdə bildirib.
O qeyd edib ki, Moskva ilə Vaşinqton arasındakı münasibətlər İkinci Dünya Müharibəsindən bəri ən aşağı səviyyədədir: “Amma Trampın gəlişi ilə tunelin sonunda bir işıq göründü və yenə də parladı”.
Putin əlavə edib ki, Rusiya ABŞ-la münasibətlərin tam bərpasını gözləyir: “Donald Trampın liderlik keyfiyyətləri münasibətlərin bərpası üçün yaxşı zəmanətdir”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta