
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiya ilə aparılan danışıqlarda səhvlərə yol verib. Bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb və rəsmini “gəzən fəlakət” adlandırıb.Nəşrin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinlə son görüşdən sonra Uitkoffa verilən mesajı o, yanlış şərh edib.Məqalədə qeyd olunur ki, belə səhvlər təəccüblü deyil, çünki xüsusi elçi görüşlərinə nə Dövlət Departamentinin, nə də ABŞ Milli Təhlükəsizlik Şurasının ekspertlərini buraxır.“Foreign Policy” həmçinin yazır ki, Uitkoff bundan əvvəl də sülh razılaşması ilə bağlı bəzi regionların adlarını bilmədiyi üçün tənqid olunmuşdu.Ulusum.az
Diqqət Çəkənlər
Makronun Fələstin addımı İsraildə narazılıq doğurdu
Sumqayıtda qazilər arasında - Silahlı İnsident
Ürək və çəkidə risk: Kərə yağını necə düzgün yeməli?