AZ

İtaliya klubu “Tottenhem”in ilkin təklifini rədd edib

İtaliyanın “Komo” klubu futbolçusu Niko Pas üçün İngiltərə təmsilçisi “Tottenhem”in ilkin təklifini rədd edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, londonlular 20 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə hazır olub.

Paytaxt təmsilçisi hazırda danışıqları davam etdirir.

Argentinalı oyunçu ilə Almaniyanın “Bayer 04” və İtaliyanın “İnter” klubu da maraqlanır.

Qeyd edək ki, Niko Pas ötən mövsüm “Komo” forması ilə 35 matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
2
report.az

10Mənbələr