"Fənərbaxça" "Mançester Siti"nin braziliyalı qapıçısı Edersonu heyətinə qatıb.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, Türkiyə klubu 32 yaşlı qapıçı üçün qarşı tərəfə 13 milyon avro ödəyib.
Qeyd edək ki, braziliyalı əlcək sahibini "Qalatasaray" klubu da transfer etmək istəyirdi.