"Fənərbağça" klubu transfer pəncərəsi gözlənilməz addım atıb. 

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" "Qalatasaray"ın istədiyi futbolçuya "elçi düşüb". Söhbət "Mançester Siti"nin qapıçısı Edersondan gedir. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

 "Qalatasaray"ın 10 milyon avroluk təklifi geri çevrildikdən sonra Fənərbağça" transfer yarışına girib. Klub transferi bitirməyə çalışır. 

Qeyd edək ki, Edersonun komandadan ayrılması durumunda Canluici Donnarumma "şəhərlilər"ə transfer olunacaq.