"Fənərbağça" klubu "Mançester Siti"nin futbolçusu Edersonu transfer edir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" həm oyunçunun özü ilə, həm də klubu ilə bütün məsələlərdə razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Edersonla "Qalatasaray" da yaxından maraqlanırdı. Lakin "sarı-qırmızılar" onun üçün maksimum 10 milyon avro ödəyib. "Fənərbağça" isə bu keçidi 13-14 milyon avroya bitirib.