AZ

“Qarabağ”ın Macarıstan klubu ilə cavab oyununun hakimləri açıqlanıb

Bakı, 25 avqust, AZƏRTAC

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Macarıstanın “Ferensvaroş” klubu ilə keçiriləcək ev görüşünə Fransadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləri Nikolya Danos və Aleksik Orjie olacaqlar. Dördüncü hakim funksiyasını Romen Lisoj yerinə yetirəcək. VAR-da Jerom Brisar, AVAR-da Nikola Renvil olacaq.

Qeyd edək ki, "Qarabağ" - “Ferensvaroş” oyunu avqustun 27-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək. İlk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Seçilən
18
5
azertag.az

10Mənbələr