AZ

"Qarabağ" - “Ferensvaroş” oyununun HAKİMLƏRİ

Yazını böyüt
Yazını kiçilt

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki cavab oyununun hakimləri məlum olub.

Hafta.az xəbər verir ki, Bakıda Macarıstanın “Ferensvaroş” klubu ilə keçiriləcək görüşə Fransadan olan hakimlər təyinat alıblar.

Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləri Nikolya Danos və Aleksis Orjie olacaqlar. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.

VAR hakimi Jerom Brizar, onun köməkçisi isə Nikolya Renvil olacaq.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Seçilən
24
8
hafta.az

10Mənbələr