AZ

“Qarabağ”ın Macarıstan klubu ilə cavab oyununun hakimləri açıqlandı

Bakı. Trend:

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəcavab oyununun hakimləri müəyyənləşib.

Trend UEFA-nınrəsmi saytına istinadən xəbər verir ki, Bakıda Macarıstanın“Ferensvaroş” klubu ilə keçiriləcək görüşə Fransadan olan ədaləttəmsilçiləri təyinat alıblar.

Qarşılaşmanı Kleman Türpen idarə edəcək. Baş hakimin köməkçiləriNikolya Danos və Aleksis Orjie olacaqlar. Dördüncü hakimfunksiyasını Romen Lissorq yerinə yetirəcək.

VAR hakimi Jerom Brizar, onun köməkçisi isə Nikolya Renvilolacaq.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına RespublikaStadionunda keçiriləcək "Qarabağ" - “Ferensvaroş” oyunu saat20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1hesabı ilə qalib gəlib.

Seçilən
24
8
az.trend.az

10Mənbələr