Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda həyat sığortasıüzrə sığorta şirkətlərinin yığımları 472,199 milyon manat təşkiledib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 71,7 milyon manat və ya 17,9% çoxdur.
Eyni zamanda, hesabat dövründə həyat sığortası üzrə ödənişlərinhəcmi 372,667 milyon manat təşkil edib. Bu isə 2024-cü ilinyanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 79,1 milyon manatvə ya 27% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqıyığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığortaödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7milyon manat və ya 20,7% artım deməkdir.