AZ

Azərbaycanda qeyri-həyat sığortası üzrə yığım və ödənişlər artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qeyri-həyatsığortası üzrə sığorta şirkətlərinin yığımları 244,103 milyon manattəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 20,8 milyon manat və ya 9,3% çoxdur.

Eyni zamanda, hesabat dövründə həyat sığortası üzrə ödənişlərinhəcmi 76,045 milyon manat təşkil edib. Bu isə 2024-cü ilinyanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 2,7 milyon manatvə ya 3,7% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqıyığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığortaödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7milyon manat və ya 20,7% artım deməkdir.

Seçilən
14
7
az.trend.az

8Mənbələr