Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda könüllü sığortanövləri üzrə sığorta şirkətlərinin yığımları 716,301 milyon manattəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 92,6 milyon manat və ya 14,8% çoxdur.
Eyni zamanda, hesabat dövründə könüllü sığorta növləri üzrəödənişlərin həcmi 80,595 milyon manat təşkil edib. Bu isə 2024-cüilin yanvar-iyul aylarındakı göstərici ilə müqayisədə 81,9 milyonmanat və ya 22,3% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqıyığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığortaödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7milyon manat və ya 20,7% artım deməkdir.