Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda icbari sığortanövləri üzrə sığorta şirkətlərinin yığımları 221,357 milyon manattəşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankındanməlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 11,9 milyon manat və ya 5,7% çoxdur.
Eyni zamanda, hesabat dövründə icbari sığorta növləri üzrəödənişlərin həcmi 80,595 milyon manat təşkil edib. Bu isə 2024-cüilin yanvar-iyul aylarındakı göstərici ilə müqayisədə 8,8 milyonmanat və ya 12,2% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqıyığılıb. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığortaödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7milyon manat və ya 20,7% artım deməkdir.