AZ

Fransa klubu “Sabah”a rəqib oldu

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, son Azərbaycan çempionu “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. “Bayquşlar” bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq.

“Sabah” ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.

“Nant” – “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
10
futbolpress.az

10Mənbələr