AZ

UEFA Gənclər Liqasının püşkü atıldı: “Sabah” ikinci təsnifat mərhələsində “Nant”la qarşılaşacaq

UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Doğru.az xəbər verir ki, son Azərbaycan çempionu “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq və bu mərhələdə Fransanın “Nant” klubu ilə üz-üzə gələcək.

Komanda ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunları oktyabrın 22-də, cavab görüşləri isə noyabrın 5-də təşkil olunacaq.

“Nant” – “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

DOĞRU.AZ

Seçilən
49
10
dogru.az

10Mənbələr